Təcrübəli dənizçi, uzaq səfərlər kapitanı Əjdər İsmayılov vəfat edib.
seher.media xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC məlumat yayıb.
Ə.İsmayılov Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbini bitirib. Dörd illik təhsil ocağını öz bilik və bacarığı hesabına cəmi iki ilə başa vurub.
O, karyerasında da yaşıdlarından seçilib. Təhsilini başa vurandan sonra təyinatla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə gəlib. 1966-cı ilin martından başlayan iş həyatı 2013-cü ilə kimi davam edib.
İlk vəzifəsi kapitanın III köməkçisi olub. 1974-cü ildən sonra vəzifə pillələri ilə daha sürətlə irəliləyib. Kapitanın II köməkçisi, baş köməkçisi və nəhayət, kapitan vəzifəsinə yüksəlib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əksər gəmilərində və zavodlarında işləyib.
Dəniz nəqliyyatı sahəsindəki xidmətlərə görə müxtəlif fərmanlarla təltif olunan Əjdər İsmayılov Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına da layiq görülüb.
ASCO rəhbərliyi və kollektivi adından kapitan Əjdər İsmayılovun vəfatından kədərləndiyimizi bildirib, yaxınlarına başsağlığı verib.