İşçilərin Araz Supermarketlər Şəbəkəsini kütləvi şəkildə tərk etdiyi deyilir. Reportyor.info-ya daxil olan məlumatda bildirilir ki, şəbəkə son 1 ayda işçilərə verilən əlavə bonusları dayandırıb. Adının çəkilməsini istəməyən əməkdaş bu addım işçilərin gəlirlərinin 15 faizədək azalması deməkdir:
“1 ay əvvələ kimi 450 manat maaş və əlavə faizlər alırdıq. Faizlər hər ay 70-80 manata kimi qalxırdı, bu satışdan asılı idi. İndi bu faizi dayandırıblar. Səbəb göstərilməyib. Həftənin 6 günü 9 saat işləyirsən və cəmi 450 manata. Buna görə də işçilərin çoxu işdən çıxır. Çıxmayanlar isə mənim kimi məcbur qalanlardır, başqa iş tapa bilməyəcəyimdən narahatam. Ona görə də hələlik burda qalmışam.”
Araz Supermarketlər Şəbəkəsi Veysəloğlu Şirkətlər Qrupuna məxsusdur. Sözügedən şirkətlər qrupu ölkədə bir sıra market, qida müəssisələrini özündə birləşdirib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
SəhərMedia