Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail və Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
seher.media xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.