Azərbaycanda toyda bədbəxt hadisə: Qadın şadlıq sarayında dünyasını dəyişdi

12
Okt
21:35
thumb_down 0

Sumqayıtda 58 yaşlı qadın toyda ölüb.

"Report" xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.

Toy mərasimində iştirak edən 1966-cı il təvəllüdlü Nargilə Gülməmməd qızı Şabanovanın halı pisləşib. O, elə restoranda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.