UEFA Millətlər Liqasında 4-cü turun oyunları keçirilib.
seher.media xəbər verir ki, Fransa səfərdə Belçika ilə qarşılaşıb. Qonaqlar Kolo-Muaninin dublu ilə qalib gəliblər. 76-cı dəqiqədə fransızlar azlıqda qalsalar da, əlverişli hesabı sonadək qoruya biliblər - 1:2.
Almaniya Niderlandı qəbul edib. Matçın taleyini cəmi bir qol həll edib. Almanların 63-cü dəqiqədəki dəqiq zərbəsi onlara üç xal qazandırıb - 1:0.
İtaliya doğma azarkeşləri önündə İsraili sınağa çəkib. Meydan sahibləri qonaqları darmadağın ediblər - 4:1.
Digər görüşlərdə Bosniya və Herseqovina öz meydanında Macarıstana uduzub - 0:2.
Ukrayna - Çexiya matçında qalib müəyyənləşməyib - 1:1.
Türkiyə səfərdə İslandiya qarşısında ilk qolu buraxan tərəf olsa da, geridönüş etməyi bacarıb - 2:4.
Uels Monteneqroya minimal hesabla qalib gəlib - 1:0.
Estoniyanın qonağı olan İsveç isə səfərdən üç xalla qayıdıb - 0:3.