"Biz ötən dövrə baxanda görürük ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında böyük bir inkişaf yolu keçib".
Bunu seher.media-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O bildirib ki, bu gün Azərbaycan qlobal enerji layihələrini həyata keçirən bir ölkəyə çevrilib:
"Həmçinin ölkənin sosial-iqtisadi inkişafı sürətlə gedir, güclü ordu qurulur, milli-mənəvi dəyərlərimiz qorunur, həmrəylik təmin olunur. Bütün bunların nəticəsində Azərbaycan sürətli şəkildə daha da güclənir".
"Bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib. Ölkəmiz COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Bu, ölkəmizin qazandığı nüfuzun əyani sübutudur. Azərbaycan bütün bu nailiyyətlərə Prezident İlham Əliyevin qətiyyətli siyasəti və atdığı addımlar nəticəsində nail olub. Bütün bunlar onu göstərir ki, ölkəmizdə bütün sahələrdə zəruri addımlar atılır və Azərbaycan daha da inkişaf edir", - deputat vurğulayıb.
Deputat hazırda bütün dünyada Azərbaycana böyük bir etimadın olduğunu diqqətə çatdırıb:
"Azərbaycana beynəlxalq aləmdə böyük diqqət var və bütün bu uğurlar ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin davamıdır. Təbii ki, bu uğurlar gələcəkdə də davamlı olacaq".
Mərahim Nəsib