"Neftçi"nin yeni baş məşqçisi Samir Abasov: "Müsbət yöndə dəyişikliklər olacaq"

15
Okt
21:50
thumb_down 0

"Hədəflərimiz yüksəkdir".

seher.media xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

"Bu klubun hədəfləri hər zaman yüksək olub. Yenilənən bir "Neftçi"yə nail olmuşuq. Müsbət yöndə dəyişikliklər olacaq. Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni olaraq qalıb. Qayıdanda bilirdim ki, öz evimə geri dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib:

"Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmasından asılı olmayaraq hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə məqsədlərimiz böyükdür".

Ətraflı süjetdə:

"Neftçi"nin yeni baş məşqçisi Samir Abasov: "Müsbət yöndə dəyişikliklər olacaq"

"Neftçi"nin yeni baş məşqçisi Samir Abasov: "Müsbət yöndə dəyişikliklər olacaq"