Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

16
Okt
09:25
thumb_down 0

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı seher.media-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Oktyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli yağış yağır.

Bildirilib ki, düşən yağıntının miqdarı Lerikdə 9 mm, Astarada 8 mm, Lənkəran, Şamaxı, Şabran, Şəkidə 4 mm, Göygöl, Neftçala, Oğuz, Zaqatala, Şərur, Şahbuz, Gədəbəy, Yardımlı, Naxçıvan, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Göyçay, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Xaltan, Tərtər, Yevlax, Sabirabad, Hacıqabul, Biləsuvar, Şuşa, Füzuli, Kəlbəcərdə 3 mm-dək, Bakı, Sumqayıt, Maştağada 1 mm-dək olub.

Yevlax, Göyçay, Göygöl, Lerik, Qusar, Quba, Qobustan, Şamaxı, Şəki, Qax, Balakən, Tovuz, Şəmkir, Naftalan, Gəncə, Göygöl, Daşkəsən, Zaqatala, Xaltan, Sumqayıtda duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.