Bakı-Quba yolunda avtoqəza: Xəsarət alan lisey əməkdaşlarının adları AÇIQLANDI

16
Okt
14:00
thumb_down 0

Bu gün səhər saatlarında Bakı-Quba Rusiya Federasiyası sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Trend" xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz" markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtoqəza zamanı Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Xaçmaz Peşə Liseyinin beş əməkdaşının adları və vəziyyətləri məlum olub.

Yaralı şəxslərin siyahısı:

Şölə Əlizadə qızı Yaqubova (1989-cu il təvəllüdlü) - Diaqnoz: Almacıq sümüyü və əngin sınığı. Quba Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Elmira Tahir qızı Kərimova (1988-ci il təvəllüdlü) - Diaqnoz: QKBT, Döş qəfəsinin küt travması, Başın təpə nahiyəsinin kəsilmiş yarası. Cərrahi müdaxilə olunub, hazırda Siyəzən RMX-da stasionar müalicədədir.

İlqar İsrafil oğlu Kərimov (1966-cı il təvəllüdlü) - Diaqnoz: Sol əlin IV daraq sümüyünün travmatik çıxığı, əllərin sıyrılmış yaraları, sol bazu oynağının əzilməsi. Hazırda Təcili yardım şöbəsində tibbi yardım göstərilir.

Çingiz Ramiz oğlu Yaqubov (1988-ci il təvəllüdlü) - Diaqnoz: Sol üz nahiyəsinin sıyrılmış yarası, yüngül dərəcəli xəsarət aldığından müalicədən imtina edib.

Rəşad Nizami oğlu Rüstəmov (2000-ci il təvəllüdlü) - Diaqnoz: Sağ əlin V daraq sümüyünün sınığı. Müalicədən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

Oktyabrın 16-da səhər saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Benz" markalı avtomobilin qəzaya uğraması nəticəsində Xaçmaz Peşə Liseyinin beş əməkdaşı yaralanıb.

Hadisə zamanı xəsarət alan yaralılar Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.