Bakıda yolu keçən piyadanı avtomobil vurdu

16
Okt
16:00
thumb_down 0

"Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 16 oktyabr saat 11:30-da çağırış daxil olub".

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə yerindən təxminən 60-65 yaşlarında şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - deyə məlumatda vurğulanır.

"Sabunçu rayonu, Zabrat qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi bu gün saat 11:30-da qeydə alınıb".

Bunu seher.media-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.

O bildirib ki, hadisə nəticəsində piyada xəsarət alıb:

"Yol-nəqliyyat hadisəsi Babək küçəsində qeydə alınıb. Belə ki, "IVECO" markalı 77-JP-921 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi piyadanı vurub. Hadisə nəticəsində piyada Məxmər Rüstəmova xəsarət alıb".

Əzizə İsmayılova

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, qəza səbəbindən hazırda Heydər Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.