"Mingəçevir Reqatası-2024": Azərbaycanlı avarçəkənlər ilk günü doqquz medalla başa vurublar

16
Okt
18:50
thumb_down 0

Azərbaycan təmsilçiləri "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində ilk günü 9 medalla tamamlayıblar.

seher.media xəbər verir ki, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə isə gümüş medal qazanıblar.

Həsənov 2010-2011-ci il təvəllüdlü idmançıların 1 000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü, Hacızadə isə 2008-2009-cu il təvəllüdlülər arasında 1 000 metr məsafəyə kayak yarışında ikinci yeri tutub.

Qeyd edək ki, təmsilçilərimiz daha əvvəl 7 medal əldə ediblər. Reqata oktyabrın 18-də başa çatacaq.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirində ilk günün yarışları davam edir.

seher.media xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan reqatanın ilk günündə komandamız yeddi medal qazanıb.

Cavid Vəlizadə birnəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların 1000 metr məsafədə mübarizəsində üçüncü yer tutub.

Daha öncə Amil Ramazanov finiş xəttinə hamıdan tez çatıb. O, 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.

2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə üzrə mübarizədə Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal qazanıb.

Qeyd edək ki, "Mingəçevir reqatası-2024" beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Azərbaycan təmsilçisi Amil Ramazanov "Mingəçevir reqatası-2024"də qızıl medal qazanıb.

seher.media xəbər verir ki, o, 2006-2007 təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə akademik avarçəkmə növündə birinci olub.

Ramazanov məsafəni 2 dəqiqə, 4.88 saniyəyə qət edib.

Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütü bürünc mükafat əldə edib.

Bu gün akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq "Mingəçevir reqatası-2024"ə start veriləcək.

seher.media xəbər verir ki, turnir Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində başlayacaq.

Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq. Füzuli şəhərinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də Füzulidə Aşağı Köndələnçay su anbarında reqatanın rəsmi açılış mərasimi baş tutacaq.

Qeyd edək ki, oktyabrın 18-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində final yarışları və bağlanış mərasimi keçiriləcək.

Anar Həsənov