Bərdədə narkotik vasitədən istifadə etməkdə şübhəli bilinən sürücü saxlanılıb

18
Okt
09:00
thumb_down 0

Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Range Rover" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü M.Qasımlıya "saxla" işarəsi verilib.

Bu barədə seher.media-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Araşdırma zamanı onun psixotrop maddə olan metamfetaminin təsiri altında avtomobil idarə etdiyi müəyyən olunub.

M.Qasımlı barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.