Gəncədə partlayış nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 18-də Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar üç nəfər (biri kişi, ikisi qadın cinsli olmaqla) saat 7:10-da Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.
"Onlara zəruri tibbi xidmətlər göstərilib. Bir nəfərin (kişi cinsli) vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə buraxılıb. İki nəfərin müalicəsi isə davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncədə binada baş verən güclü partlayış nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
seher.media-ın əldə etdiyi məlumata görə, hadisə zamanı 1962-ci il təvəllüdlü Mehriban Paşayeva və 1980-cı il təvəllüdlü Könül Xudaverdiyeva həlak olub.
1961-ci il təvəllüdlü Bəxtiyar Orucov, 1999-cu il təvəllüdlü Firuzə Yusibova və 2004-cü il təvəllüdlü Nuranə Əliyeva xəsarət alıblar.
Gəncədə partlayışda xəsarət alanların son durumu açıqlandı
Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən seher.media-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən binanın dördüncü mərtəbəsində yerləşən mənzildə partlayış baş verdiyi və dağıntı yarandığı müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş operativ xilasetmə əməliyyatı sayəsində dağıntı altından dörd nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. Hadisə nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncədə partlayışda xəsarət alanların son durumu açıqlandı
Gəncə şəhərində yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində yerləşən mənzillərin birində qeydə alınıb.
Hadisə zamanı həmçinin 6 nəfər xəsarət alıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, İsaq Cəfərov küçəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində partlayış baş verməsi barədə ilkin məlumat daxil olub.
Bu barədə seher.media-a FHN-in Mətbuat Xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Əlavə məlumat veriləcək.
Gəncədə binada partlayış baş verib.
seher.media xəbər verir ki, hadisə nəticəsində bir nəfər qadın ölüb.
Dağıntılar altında digər insanların olub-olmaması araşdırılır.
Hadisə yerinə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları və digər qurumların nümayəndələri cəlb olunublar.
Hadisəyə səbəb qaz sızıntısının olması güman edilir.
Samir İsayev