Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin İstanbul şəhərində "3+3" regional platformasının nazirlər toplantısında çıxış edib.
seher.media-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilir ki, Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə, ətraf mühit kimi müxtəlif sahələrdə ümumi çağırışları əməkdaşlıq imkanlarına çevirmək üçün baxışı təqdim edilib.
Həmçinin münaqişədən sonrakı dövrün belə kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri Konstitusiya dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin narrativlərinin və strukturlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Minister of Foreign Affairs of the Republic of #Azerbaijan @Bayramov_Jeyhun delivered a speech at the meeting of the “3+3” regional consultative format held in #Istanbul.
— MFA Azerbaijan ???????? (@AzerbaijanMFA) October 18, 2024
Azerbaijan’s vision of transforming common challenges into cooperation opportunities in various fields,… pic.twitter.com/974qofKpZn