Futbol üzrə Səudiyyə Ərəbistanı çempionatının 7-ci turunda "Əl-Şəbab" və "Ən-Nəsr" komandaları qarşılaşıb. "Ən-Nəsr" 2:1 hesabı ilə qalib gəlib.
seher.media xəbər verir ki, hesabı 69-cu dəqiqədə "Ən-Nəsr"in müdafiəçisi Aymerik Laport açıb.
Daha sonra 90-cı dəqiqədə qonaqların qapısına avtoqol qeydə alınıb.
Oyunda yekun nəticəni hücumçu Kriştianu Ronaldu 90+7-ci dəqiqədə 11 metrlik zərbə müəyyən edib - 2:1. Beş dəqiqə sonra "Ən-Nəsr"in futbolçusu Məhəmməd Simakan meydandan qovulub.
Yeddi oyundan sonra "Əl-Şəbab" 12 xalla Səudiyyə Ərəbistanı Pro Liqasının turnir cədvəlində dördüncü yerdədir. "Ən-Nəsr" eyni sayda oyundan sonra 17 xal toplayaraq ikinci pillədə qərarlaşıb. Növbəti mərhələdə "Əl-Şəbab" "Əl-Oruba" (24 oktyabr), "Ən-Nəsr" isə "Əl-Xolud" (25 oktyabr) ilə qarşılaşacaq.