Qəbələdə baş verən dəhşətli cinayətin şahidləri danışıblar.
Onlar qeyd ediblər ki, qətlə yetirilən şəxslərdən biri maşının yanında, digəri isə ondan bir az aralıda öldürülüb. Digər şəxs isə əllərindən yaralanıb.
Ətraflı APA TV-nin süjetində:
İki nəfərin güllələnərək qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR
Dünən saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatı üzə çıxıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə kənd sakini 1951-ci il təvəllüdlü Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.
İlkin məlumata görə, G.Məmmədəliyevanın oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı 1979-cu il təvəllüdlü Əlibaba Gəncimov da qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb.
Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O, əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının nəvəsi 23 yaşlı Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib. Baş verən atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.