Xəzər dənizində zəlzələ olub

19
Okt
11:25
thumb_down 0

Xəzər dənizində zəlzələ baş verib.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 3.1 maqnitudada olan zəlzələ bu gün yerli vaxtla 10:39-da qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 68 kilometr olub.