Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan əvvəllər məhkum olunmuş Rövşən Qasımov saxlanılıb.
seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.
Bildirilib ki, R.Qasımov bir nəfər Şirvan sakininə özünə məxsus evi satacağı, eləcə də ipoteka krediti götürməyə köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənin 40 000 manatını ələ keçirib.
R.Qasımov barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.