Dövlət Komitəsinin Ordubaddakı idarəsinin binası satışa çıxarılır

19
Okt
16:50
thumb_down 0

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

seher.media Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Məlumata görə, hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin binasıdır.

Sözügedən obyektin ilkin satış qiyməti 115 122 manat, 10% behin həcmi isə 11 512 manat müəyyənləşib.