İspaniya La Liqasının 2024/2025-ci il mövsümünün 10-cu turunda "Barselona" (Kataloniya) və "Sevilya" komandalarının qarşılaşdığı matç başa çatıb.
seher.media xəbər verir ki, oyun Barselonadakı "Olimpik Lyuis Kompanis" stadionunda keçirilib. Qarşılaşmanı Rikardo De Burqos Benqoeçea (Bilbao, İspaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. "Barselona" 5:1 hesabı ilə qalib gəlib.
24-cü dəqiqədə "Barselona"nın hücumçusu Robert Levandovski penalti zərbəsi ilə hesabı açıb. Dörd dəqiqə sonra yarımmüdafiəçi Pedri meydan sahiblərinin fərqini artırıb. Daha sonra, 39-cu dəqiqədə Levandovski dubla imza ataraq hesab fərqini daha da artırıb. 82-ci dəqiqədə "Barselona"nın yarımmüdafiəçisi Pablo Torre fərqlənib. "Sevilya"nın heyətində Stanis Muzambo bir qola imza atıb. Oyunda yekun nəticə dubla imza ataraq Torre tərəfindən müəyyən edilib.
Həmçinin, 83-cü dəqiqədə aldığı zədədən sonra meydana qayıdan Pedrinin əvəzinə yarımmüdafiəçi Qavi çıxıb.
Keçirilən 10 oyundan sonra "Barselona" 27 xalla La Liqa turnir cədvəlində birinci yerdədir. "Sevilya" da eyni sayda oyundan sonra 12 xalla 13-cü yerdədir.