"Sabunçu keçidi"ndə iki nəfər boğularaq öldü: Birinin cəsədi tapıldı

22
Okt
16:00
thumb_down 0

Bakının Sabunçu rayonu ərazisində yağış sularının tunelə dolması nəticəsində batan iki nəfərdən birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən sudan çıxarılıb. Digər şəxsin axtarışları davam edir.

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 1976-cı il təvəllüdlü Elnur Fazil oğlu Şirinovun cəsədi FHN-in əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda ərazidə suyun çəkilməsi üçün işlər davam etdirilir.

Bölgələrdə və paytaxt Bakıda yağan aramsız yağış itkisiz ötüşməyib.

seher.media-ın əldə etdiyi məlumata görə, paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində tunelə su dolması nəticəsində iki nəfər suda boğularaq ölüb.

Xatırladaq ki, həmin tuneldə "Ford" markalı avtomobil də batıb.

Məhərrəm Əliyev