Prezident Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı iki fərman imzaladı

22
Okt
18:00
thumb_down 0

Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Fərman imzalayıb.

seher.media bildirir ki, bu barədə President.az xəbər verir.

Fərmanla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri" təsdiq edilib.

Prezidentin imzaladığı digər fərmanla "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə" və "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri" təsdiq olunub.

Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi isə "Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları"nı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.