Tovuza qonaq gedən iki qardaş faciəli şəkildə öldü

25
Okt
10:00
thumb_down 0

Tovuza qonaq gedən iki qardaş dəm qazından boğularaq ölüb.

seher.media-ın məlumatına görə, Tovuz rayon Əsrik Cırdaxan kəndinə yas mərasiminə gedən 1952-ci il təvəllüdlü Rafiq Bayramov və qardaşı 1961-ci il təvəllüdlü Ramiz Bayramov gecələmək üçün atalarına məxsus evdə qalıblar.

Gecə hər iki şəxs dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev