Göygöldə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni təfərrüat bəlli olub.
seher.media-ın məlumatına görə, hadisə zamanı xəsarət alan Fariz Məhərrəmov və Heydər Hüseynov, eləcə də qəza nəticəsində dünyasını dəyişən Ramal Qurbanzadə tələbə olublar.
Onlar Gəncədəki universitetlərdən birində təhsil alırmışlar.
Qeyd edək ki, qəza zamanı 2001-ci il təvəllüdlü Sədanur Məmmədovun idarə etdiyi "Opel" markalı avtomobillə 2006-cı il təvəllüdlü Elməddin Ələkbərovun sürücüsü olduğu VAZ-21015 markalı maşın toqquşub. Sürücülər qəzadan xəsarətsiz xilas olublar.
Samir İsayev
"Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub".
Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Oktyabrın 25-də saat 08:00-da Göygöl rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan şəxslərə ilkin tibbi yardım göstərilib. Onların hər biri ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya təxliyə olunub", - cavabda qeyd olunub.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan verilən məlumata görə, ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Belə ki, Göygöl rayonunda baş verən qəzada 2006-cı il təvəllüdlü Fariz Məhərrəmov, 1984-cü il təvəllüdlü Xəyal Rzayev və 2006-cı il təvəllüdlü Heydər Hüseynov xəsarət alıb, 2006-cı il təvəllüdlü sərnişin Ramal Qurbanzadə isə aldığı xəsarətdən dünyasını dəyişib.
Aygün Mirakif
Göygöl rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.
Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.