Cəlil Xəlilov: “Bədxahların bütün cəhdlərinə rəğmən, ölkəmiz bu sammiti yüksək səviyyədə təşkil edəcək və uğurla başa çatdıracaq”

25
Okt
11:38
thumb_down 0

“COP29 ərəfəsində ölkəmizə qarşı siyasi təxribatların artması qəbuledilıməzdir”

 Cəlil Xəlilov: “Bədxahların bütün cəhdlərinə rəğmən, ölkəmiz bu sammiti yüksək səviyyədə təşkil edəcək və uğurla başa çatdıracaq”

 “COP29 ərəfəsində ölkəmizə qarşı siyasi təxribatların artması qəbuledilıməzdir”.

 Bunu saytımıza açıqlamasında Mühairibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik beynəlxalq iqlim dəyişiklikləri ilə bağlan artan təhlkəyə, həmçinin, COP29 ərəfəsində bədxahların Azərbaycana yönəlik təxribatlarına diqqət çəkib:

 “Müasir şəraitdə sosial-siyasi təhlükələrə nəhəng iqlim təhlükəsi də əlavə olunub. İqlim dəyişikliyi bəşəriyyətin sağ qalmasının asılı olduğu ekzistensial problemdir. Davam edən istiləşmə, əgər belə davam edərsə, nəticələri XXI əsrin sonuna qədər bütün bəşəriyyət üçün fəlakətli olacaq. Təsadüfi deyil ki, 1988-ci ildə BMT-nin qərarı ilə iqlim dəyişikliyi üzrə illik konfrans (Tərəflərin Konfransı - ÇNL) təsis edilmiş və bu konfransda planetimizdəki iqlim dəyişikliyi müzakirə olunur və bu prosesə təsir imkanları müəyyən edilir. Bu ilin noyabrında COP-29 Azərbaycanda keçiriləcək. Bu qərarı 198 ölkə yekdilliklə dəstəkləyib.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev COP29-un yüksək səviyyədə təşkili üçün səylərini əsirgəmir. İl ərzində respublikada müxtəlif istiqamətlərdə çox böyük işlər görülmüşdür. Respublika hazırkı iqlim böhranının aradan qaldırılması strategiyasını müəyyən etmək üçün qonaqların, aparıcı ekspertlərin gəlişini səbirsizliklə gözləyir. Bütün göstəricilərə görə, COP29 davamlı və ekoloji cəhətdən təmiz inkişaf yolunda mühüm addım ola bilər. Fəqət COP29 yaxınlaşdıqca, Azərbaycana qarşı görünməmiş siyasi təxribatlar başladı və mənfi media kampaniyaları gücləndi.

 Təəssüflər olsun ki, bir sıra aparıcı dövlətlərin siyasətçiləri qlobal erməni diasporasının ardınca getdilər, Azərbaycanda söz azadlığının və insan haqlarının pozulmasını iddia etməyə başladılar, Qarabağ faciəsinin əsl səbəblərini təhrif etdilər. Belə ki, ABŞ Konqresinin 60 üzvü dövlət katibinə üz tutaraq Azərbaycana sanksiya təzyiqi göstərməyi tələb ediblər. AŞPA Azərbaycanda insan haqları və demokratiya ilə bağlı uydurma halları pisləyib. Bəzi ölkələrin parlamentlərində saxta arqumentlər əsasında Azərbaycan əleyhinə qətnamələr qəbul edilib, əsassız iddialar təsdiqlənib.

 Bəzi ölkələrdə Azərbaycanın nüfuzuna xələl gətirmək üçün erməni lobbisinin təsiri altında yalan, dezinformasiya xarakterli anti-Azərbaycan kampaniyaları həyata keçirilir. Bu çirkin fəaliyyət beynəlxalq hüquqa ziddir və buna son qoyulmalıdır. Hər kəs bilməlidir ki, bədxahların bütün yalan və təxribatlarına baxmayaraq, Azərbaycan COP29 konfransını yüksək səviyyədə keçirəcək, qlobal ekoloji böhranının həllinə böyük töhfə verəcək”.