Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı: Polis hərəkətə keçdi

28
Okt
09:35
thumb_down 0

Oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı seher.media-a açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

"Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs(lər)in saxlanılması istiqamətində tədbirlər görülür", - deyə xidmət rəsmisi bildirib.

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

APA xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.