"Azərbaycan xalqını yaxşı nəticə münasibətilə təbrik edirəm".
Bunu seher.media-a açıqlamasında Azərbaycanın güləş üzrə U-23 milli komandasının baş məşqçisi Teymuraz Kokayev bildirib.
"Komanda hesabında 3-cü yeri tutduq, 1 qızıl, 2 gümüş və 1 bürünc medalımız var. Yaxşı nəticə göstərdik. Fürsətdən istifadə edib yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə öz minnətdarlığımı bildirmək istəyirəm. Məhsuldar və peşəkar iş görülüb, nəticə isə göz qabağındadır. İdmançılar və məşqçilər hər zaman daha artıq nailiyyətlərə ümid edirlər. Əlbəttə, biz çalışacağıq ki, daha yüksək nəticələr əldə edək", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatında çıxış edən sərbəst güləş üzrə millimiz bu axşam Vətənə dönüb.
Anar Həsənov