Məmur oğlu balıq tutarkən həlak oldu

29
Okt
11:35
thumb_down 0

Zərdabda balıq tutarkən həlak olan Murad Çümşüdlü məmur övladı imiş.

"Qafqazinfo"nun məlumatına görə, o, Tərtər Regional Qaz İstismarı İdarəsinin Zərdab Rayon Qaz İdarəsinin Qəza-dispetçer xidmətinin müdiri Sabir Abdullayevin oğludur.

Zərdabda kişi kanalda boğulub.

"Report" xəbər verir ki, rayonun Bəyimli kəndində Murad Çümşüdlü balıq tutarkən ehtiyatsızlıqdan kanala düşüb və boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.