Avropa birinciliyi: Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazandı

30
Okt
20:00
thumb_down 0

Azərbaycan atleti Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

seher.media xəbər verir ki, Ravin Alməmmədov (81 kq) birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanla qaldırmada isə 187 kq-ın öhtəsindən gəlib və nəticədə gümüş medal əldə edib.

R. Alməmmədov toplam 338 kq (151 + 187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.