Bakıda 14 yaşlı oğlan itkin düşüb.
APA xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Olqa Əliyeva 2010-cu il təvəllüdlü oğlu Ömər Əliyevin itkin düşməsi ilə bağlı polisə müraciət edib.
Onun məktəbdən çıxdıqdan sonra itkin düşdüyü bildirilir.
Faktla bağlı araşdırılma aparılır.