Azərbaycanda general işdən azad OLUNDU

3
Noy
20:00
thumb_down 0

Müdafiə Nazirliyində daha bir yüksək rütbəli general işdən azad olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general-mayor Elçin Xəlilov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, generalın yerinə artıq təyinat da var. Başqa əmrlə polkovnik Azər Heybətli sözügedən idarənin rəisi təyin edilib.

Azər Heybətli Azərbaycanın Böyük Britaniyadakı hərbi attaşesi olub.

Qeyd edək ki, general Elçin Xəlilovun qardaşı Fuad Xəlilov da Ali Hərbi Məktəbin maliyyə xidməti rəisi işləyib. Bir müddət əvvəl Fuad Xəlilov Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ilə bağlı məhkəmədə şahid qismində ifadə vermişdi.