Bakı metrosunda PROBLEM - QR-kodlar işləmədi

6
Noy
09:00
thumb_down 0

Bakı Metropolitenində "Birbank" tətbiqi ilə QR-kodla ödənişlərdə problem yaranıb.

Məsələ ilə bağlı Modern.az-a sərnişinlər məlumat veriblər.

Belə ki, "BakıKart"ın metro ödənişləri üçün nəzərdə tutulan "Birbank" mobil tətbiqindəki bölməsi işləməyib.

Kartlardan ödənişlər çıxılsa da, QR-kod oxudulması prosesi baş tutmayıb.

Sözügedən problem metroda sıxlığa səbəb olub.