ALİMENTİ ÖDƏMƏKDƏN YAYINAN ŞƏXS BU MƏMURUN QOHUMUDUR ...- İDDİA

6
Noy
16:28
thumb_down 1

“SəhərMedia” xəbər portalının redaksiyasına şikayətçi Jalə Atayeva tərəfindən daxil olan məlumata əsasən 09.09.2016-cı ildə rəsmi nigaha daxil olduğu Xəlilov Söhrab İman oğlundan 17.06.2020-ci ildə nigahlarının pozulması prosesi Sabunçu məhkəməsi tərəfindən başa çatdırılıb. Nəticədə 2 övladı ilə qalan Jalə xanım məhkəmə qərarı ilə 2 uşaq üçün təyin olunan aliment haqqını ala bilmir. Sonradan iş icra olunması üçün 2022-ci ilin sentyabr ayında Ağdam rayonuna göndərilib. Nigahın qüvvədən düşdüyü tarixdən bu günə kimi alimenti ala bilməyən Jalə xanım bununla bağlı dəfələrlə aidiyyatı üzrə Ağdam icra şöbəsinə müraciət etsə də, heç bir nəticə əldə edə bilməyib. Jalə xanım aliment haqqının ödənilməsi, Xəlilov Söhrab İman oğlu ilə bağlı yeri məlum olsa da, niyə tədbir görməmələri ilə bağlı məlumat almaq üçün iş icraçısı İlqar Məmmədovun da qəbulunda olub və şikayətçinin iddiasına görə Ağdam icra probasiya şöbəsinin rəisi İlqar Məmmədov kobud şəkildə qazi ovladı olan Jalə xanımı öz iş otağından “MƏNƏ İŞİMİ ÖYRƏTMƏ, ÇIX OTAĞIMDAN”- deyərək qovub.

Şikayətçı Jalə Atayeva həmçinin iddia edir ki, qaynatası Xəlilov İman və qaynı Xəlilov Niyazi tərəfindən təzyiqlərə məruz qalır. Digər iddiada xanım onu da qeyd edir ki, qaynı Xəlilov Niyazi İman oğlu həm də Nərimanov rayonunda DYP əməkdaşıdır. Bundan istifadə edərək qardaşı Xəlilov Söhrab İman oğluna himayədarlıq edir və onun məsuliyyətə cəlb olunmasına maneə yaradır və onu cəzadan yayındırmağa şərait yaradır.

Daxil olan şikayətə əsaslanaraq məsələ ilə bağlı iş icraçısı Nurəddin Qarayevdən açıqlama almaq üçün əlaqə saxladıq. Nurəddin Qarayev də öz növbəsində bildirib ki: “SÖZÜGEDƏN MƏSƏLƏ İLƏ BAĞLI XƏLİLOV SÖHRAB İMAN OĞLU 17.10.2024-CÜ İL TARİXİNDƏ 10 GÜNLÜK İNZİBATİ QAYDADA HƏBS OLUNUB. SONRADAN AZADLIĞA BURAXILAN XƏLİLOV SÖHRAB İMAN OĞLU İLƏ BAĞLI HAZIRDA CİNAYƏT İŞİNİN BAŞLADILMASI ÜÇÜN TƏRƏFİMİZDƏN TƏDBİRLƏR GÖRÜLÜR”.

SƏHƏRMEDİA xəbər portalı olaraq, iddialarla bağlı adı çəkilən şəxslərin məsələ ilə bağlı mövqelərini dinləməyə və dərc etməyə hazırıq.

Məsələ diqqətimizdədir.