Avrokuboklar tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları açıqlanıb

9
Noy
14:35
thumb_down 0

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) avrokuboklarda ən uzun məğlubiyyətsizlik seriyalarının cədvəlini açıqlayıb.

seher.media xəbər verir ki, cədvəldə ən azı 17 oyunda uduzmayan komandalar yer alıb.

"Ayaks", "Yuventus", "Barselona" və "Borussiya Münhenqladbax" iki mövsüm ard-arda məğlubiyyətsizlik seriyasına imza atıblar.

"Mançester Siti"nin rekordçu olduğu siyahıda "Espanyol" ikinci, "Ayaks" üçüncüdür. Eyni seriya sayına malik klublar qitənin hansı turnirində oynaması və qələbələrin sayına görə sıralanıblar:

1. "Mançester Siti" - 27

2. "Espanyol" - 26

3. "Ayaks" - 21

4. "Yuventus" - 20

5. PSJ - 20

6. "Bavariya" - 20

7. "Zalsburq" - 19

8. "Ayaks" - 18

9. "Latsio" - 18

10. "Yuventus" - 18

11. "Valensiya" - 18

12. "Barselona" - 17

13. "Borussiya Münhenqladbax" - 17

16. "Vest Hem" - 17