"Qalatasaray" klubunun sabiq hücumçusu karyerasını başa vurub

11
Noy
10:00
thumb_down 0

"Lion"un və "Qalatasaray"ın sabiq futbolçusu Bafetimbi Qomis karyerasını bitirib.

seher.media xəbər verir ki, 39 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesablarında bildirib.

Qomis karyerası ərzində "Marsel", "Qalatasaray", "Suonsi" kimi klublarda forma geyinib.

Qeyd edək ki, Qomis Fransa millisində 12 oyunda üç qol vurub.