"Formula 1"in yarış direktoru Nils Vittix vəzifəsindən azad edilib.
seher.media Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis FIA-nın təşəbbüsü ilə postundan kənarlaşdırılıb.
Onu bu işdə Rui Markes əvəz edəcək.
Qeyd edək ki, N.Vittix 2022-ci ildən "Formula 1"in yarış direktoru vəzifəsini icra edirdi.