"İqlimlə bağlı keçirilən sammitdən gözləntimiz təhlükəsiz bir dünyaya sahib olmaqdır".
seher.media bildirir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin baş müşaviri, Nobel mükafatçısı, UNEC-in rektor müşaviri doktor Məhəmməd Yunus deyib.
"Mən həm ekoloji fəlakətdən zərər görən insanlara yardım edilməsi, eyni zamanda da, fəlakətlərin qarşısının alınması üçün yollar tapılmasında davamlı təşəbbüs göstərməyin vacib olduğunu düşünürəm", - deyə Nobel mükafatçısı əlavə edib.
Aygün İsmayılova