"Dağıdıcı iqlim təsirləri ilə keçən bir ildən sonra insanların çox qərarlı olduqlarını görürəm. Onlar nələri itirdiklərinin fərqinə vardılar. Təsirlərin aradan qaldırılması istiqamətində gedən danışıqlar çox mürəkkəbdir və çox müzakirələrə səbəb olub".
seher.media bildirir ki, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29) qatılan Almaniya Federal Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan deyib.
O əlavə edib ki, iqtisadiyyatların durumu və necə inkişaf etməsi də müzakirə mövzusudur:
"Ölkələr indi bərpaolunan enerji mənbələrindən daha aktiv istifadə edə bilərlər, çünki bunun həm qiyməti münasibdir, həm də yeni iş yerləri yaradır. Hesab edirəm ki, bu aspektlər iqtisadiyyatın daha çox bölmələrini danışıqlara cəlb etmək üçün zəmin yaradır".
Aygün Mirakif