COP29-un prezidenti: "Plenar iclaslarda qərar və nəticə layihələrini qəbul edəcəyik"

23
Noy
21:00
thumb_down 0

"Bu axşamkı plenar iclaslarda hazır olan qərar və nəticə layihələri qəbul ediləcək".

"Report" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenar iclasında deyib.

O bildirib ki, artıq son mərhələdir: "İki həftədir çox gərgin şəkildə çalışırıq və heç kəs əsas hədəflərə dair yaxşı bir nəticə əldə etmədən ayrılmaq istəmir. Dünyanın diqqəti üzərimizdədir. Ancaq zaman bizim tərəfimizdə deyil. Bu səbəbdən əməkdaşlıqların artırılmasını xahiş edirəm.

Mən və komandam qarşıdakı saatlarda sizinlə birgə çalışacağıq. İndi COP tərəfindən qəbul ediləcək qərarların və nəticələrin dəyərləndirilməsi aparılacaq. Mən, həmçinin sədrlik tərəfindən aparılan məsləhətləşmələrin nəticələri barədə məlumat verəcəyəm".