Samuxda məktəbdə keçirilən "Son zəng" mərasimində səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.
"SƏHƏRMEDİA" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.
Samux rayonunun İnstitut qəsəbəsi tam orta məktəbin direktoru Gülsafa Abbasova həmin təhsil müəssisəsində direktor vəzifəsinə qaytarılıb.
Məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Qeyd edək ki, Samux rayonunun İnstitut qəsəbəsindəki məktəbdə bu il keçirilən "Son zəng" tədbirində kriminal xarakterli musiqinin ifa edilməsini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılmış və müzakirələrə səbəb olmuşdu. Bu səbəbdən direktor işdən kənarlaşdırılmışdı.