Xəyyam Əhmədli kimi tanınan meyxanaçı bu gün gecə saatlarında dünyasını dəyişib.
2023-cü ildə insult keçirdən meyxanaçı son vaxtlar ağır xəstəlikdən əziyyət çəkirdi. Sənətdə öz imzası ilə tanınan meyxana ustası ölüm qabağı “insan ölümə yaxınlaşdıqca, yaşamaq şirin olur” deyə, fikrini bölüşmüşdür.
Qeyd edək ki, meyxanaçı o zamanlar həbsdə olan Ramil Səfərov haqqında dediyi “Məmləkətim” meyxanası ilə yaddaşlarda qalıb.
Onu da bildirək ki, son günlər meyxanaçılar öz həmkarları Xəyyam Əhmədlinin sağlamlığına qovuşması üçün pul yığma aksiyasıda təşkil etmişdilər.
Bildirilir ki, Xəyyam bu gün günorta saatlarında Əhmədli kənd qəbristanlığında dəfn olunacaq.