Bu gün - dekabrın 6-da Qərbi Azərbaycan İcmasının "Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi" mövzusunda ikinci beynəlxalq konfransının mədəni hissəsi start götürüb.
seher.media xəbər verir ki, mədəni hissə Zirədəki Ekoparkda keçirilir.
Tədbir iştirakçıları burada ağacəkmə aksiyasını həyata keçirdikdən sonra Zirə Mədəniyyət Mərkəzində Qərbi azərbaycanlıların Ermənistanda dağıdılan mədəni irsi ilə bağlı filmə baxacaqlar.
Mərahim Nəsib