18 yaşlı qız dəm qazından boğularaq ÖLDÜ

6
Dek
21:35
thumb_down 0

Samux rayonunda zəhərlənmə faktı qeydə alınıb.

seher.media APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.

Belə ki, 2006-cı il təvəllüdlü kənd sakini F. Abbaszadə yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.