"OBA" marketlərində növbəti qanun pozuntusu - FOTOFAKT !!!

26
Dek
16:35
thumb_down 1

Marketlərdən alış–veriş edərkən nə qədər diqqətli olsaq da, arada piştaxtada başqa, kassada isə digər qiymətlərlə rastlaşdığımız faktlar da olur. Böyük şirkət olan “VEYSƏLOĞLU” nun tərkibində fəaliyyət göstərən “OBA” marketlər şəbəkəsinin də bəzi neqativ halları dəfələrlə tərəfimizdən aşkarlanıb. Belə ki, konfetlərin qurdlaması, vaxtı keçmiş qidaların piştaxtaları “bəzəməsi”, saxlanma qaydalarının sərt şəkildə pozulması halları ilə bağlı zaman-zaman “SƏHƏRMEDİA” xəbər portalının redaksiyasına şikayətlər daxil olur.

Təəssüf hissi ilə bildirək ki, 04.12.2024-cü il il tarixində “OBA” marketin daha bir qanun pozuntusu  "SƏHƏRMEDİA" xəbər portalının əməkdaşlarının başına gəlib. Mağazanın kassasında baş verən qanun pozuntusu alıcıların aldığı məhsulların çeklərini özlərinə təqdim etməməklə yanaşı, mağazaya yalnız “İSTİSU” mineral suyu almaq üçün girən əməkdaşlarımızın “ZƏHMƏT OLMASA ÇEKİMİZİ TƏQDİM EDİN” sözlərini təəccüblə qarşılamaqları bir yana, təqdim etdikləri çekin öz “dələduzluqlarına” xidmət etdiyi məlum olmuşdur. Belə ki, müəyyən məbləğ alış-veriş dən sonra endirimə düşən yuyucu tozları öz “istəklərinə” uyğun sistemə vurduraraq müştərinin adı ilə satışdan çıxarır və özlərinə “biznes” qururlar. Bir neçə müştərinin alış-verişlərini üst-üstə yığıb 20-25 manatı keçəndən sonra alış-veriş çeklərinin üzərinə öz “istəklərini” əlavə edərək qazanmaq istəyən mağaza müdürlərini “OBA” marketlər şəbəkəsinin rəhbəri niyə cəzalandırmır? Yoxsa ərazi müdürləri özləri maraqlıdır bu işdə?

Hörmətli “VEYSƏLOĞLU” şirkətlər qrupunun rəhbəri Aydın Talıbov cənabları və “OBA” marketlər şəbəkəsinin idarə heyətinin sədri Natavan xanım İbrahimova nəzərinizə çatdıraq ki, bu hallar sizin şirkəti nüfuzdan salır və işbazlığın qurbanı biz vətəndaşlar oluruq.

Bildirmək istəyirik ki, baş verən xoşagəlməzliklə bağlı “OBA” marketlər şəbəkəsinin mətbuat xidməti olan Ülkər Qasımova ilə əlaqə saxlayıb məsələnin mahiyyətini bildirsək də, bizə məsələ ilə bağlı açıqlama ala bilmədik.

Qanun pozuntusu baş verən mağazadan təqdim olunan çeki təqdim edirik:

Qarşı tərəfin məsələyə olan mövqeyini dinləməyə  və dərc etməyə hazırıq.

MÖVZUYA QAYIDACAĞIQ, MƏSƏLƏ DİQQƏTİMİZDƏDİR.