Mən bu çəkilməyən dərdlə neyləyim?. - Sona İntizar imzası

12
Mar
19:34
thumb_down 0

 

Mən bu çəkilməyən dərdlə neyləyim?????

Əllərim uzanıb yoluna,
Sarılardım, girərdim mən qoluna
Necə yaraşardım sənin soluna,
Ölüm yaraşmadı sənə ürəyim,
Mən bu çəkilməyən dərdlə neyləyim? ...
###
Hər yan xatirənlə doludur, dolu,
Bu imiş bizim də sevginin sonu
Əgər tapsam, sənə doğru gələn yolu,
Elə tələsirəmki, yanına gəlim,
Mən bu çəkilməyən dərdlə neyləyim?...
###
Sənə mən şeirlər, sözlər qoşuram,
Qələm, vərəq ilə mən danışıram,
Bircə yoxluğunla barışammıram...
Yoxluğuna ağlar qalıb gözlərim,
Mən bu çəkilməyən dərdlə neyləyim?...
###
Gecə röyamdasan, gündüz yoxsan sən,
Necə edim, sən qayıdıb gələsən?
Bəlkə görsən, nə çəkdiyimi bilsən...
Əvvəl sevincimdin , indisə dərdim,
Mən bu çəkilməyən dərdlə neyləyim?...
###
Hara getsəm, hara baxsam ordasan,
Pis odur ki, sənsizliyə yanıram,
Közə dönüb yenidən odlanıram...
Bu yaxşısa, mən pisinə nə deyim?
Mən bu çəkilməyən dərdlə neyləyim?...
###
Nə dadı yox, nə ləzzəti həyatın,
Səni mənə xatırladır hər addım,
Nə vecinə qohum, dostun, tanışın,
Necə olar bundan sonra taleyim...
Mən bu çəkilməyən dərdlə neyləyim?...