Sumqayıtda 51 yaşlı kişinin meyiti aşkarlandı

20
Apr
11:00
thumb_down 0

Sumqayıtda 51 yaşlı kişinin meyiti tapılıb.

Seher.Media xəbər verir ki, hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Mübariz Həsən oğlu Tağıyevin meyiti yaşadığı binanın qarşısında aşkarlanıb. Onun ehtiyatsızlıqdan dördüncü mərtəbədən yıxıldığı güman edilir.

Faktla bağlı araşdırma aparılır.