Bakı-Quba yolunda zəncirvari qəza: ölən və yaralananlar var

20
May
21:35
thumb_down 0

Bakı-Quba yolunda zəncirvari qəza olub, ölən və yaralananlar var.

Seher.Media "Report"a istinadla xəbər verir ki, hadisə zamanı "Mercedes" markalı iki minik avtomobili və üç yük maşını toqquşub.

Toqquşma nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.