Bakıda avtobusun şüşəsini sındıran şəxs saxlanıldı

20
May
22:35
thumb_down 0

Paytaxtın Yasamal rayonunda 65 saylı marşrut avtobusunun şüşəsini sındırmaqla əmlaka zərər vuran şəxs müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli Seher.Media a bildirib ki, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 38 yaşlı Qurbanov Ruslan saxlanılaraq məsuliyyətə cəlb edilib.

Onun əməlinə hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə mayın 17-də baş verib.