Azərbaycanda iş adamı vəfat etdi

21
May
12:35
thumb_down 0

Azərbaycanda iş adamı Süleyman İsmayılov Adil oğlu vəfat edib.

Seher.Media -ın məlumatına görə, bu barədə Füzulidə təhsil şöbəsində çalışmış Həsən Rzayev bildirib. 

Rayonun Böyük Bəhmənli kənd sakini olan sahibkar xəstəlik səbəbindən dünyasını dəyişib.

Məlumata görə, onun Horadizdə rəhbərlik etdiyi şirkətdə 100-ə yaxın əməkdaş çalışıb. Ona aid müəssisədən ətraf rayonlara da daşınmalar edilib.

Mərhumun həmçinin mal-qara fermaları, dəyirmanları, taxıl bazasının olduğu da qeyd edilir.

Füzulidə "Dəyirmançı Süleyman" kimi tanınan iş adamının oğlu Anar İsmayılov 2013-cü ilə qədər Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. Bakı Hərbi Məhkəməsinin qərarı ilə həmin ilin iyun ayında barəsində həbs qətimkan tədbiri seçilib.