Rezidentura və magistratura imtahanları elektronlaşdırılacaq

16
İyl
13:35
thumb_down 0

Elektronlaşdırılacaq növbəti imtahan Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanıdır.

Seher.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu imtahan artıq sentyabrdan elektron formada keçiriləcək:

“Daha sonra rezidentura, Azərbaycan dili və magistratura imtahanlarının da mərhələli şəkildə rəqəmsallaşdırılması nəzərdə tutulur”.